teyyare

Polşa Rusiyanın hərəkətlərinə görə hava qüvvələrini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunları Qərbi Ukraynadakı hədəflərə zərbələr endirir:

“Bununla əlaqədar Varşava NATO müttəfiqləri ilə birlikdə döyüş təyyarələrini havaya qaldırıb. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib”.

Polşa Silahlı Qüvvələri Komandanlığı qeyd edib ki, görülən tədbirlər təhlükəsizliyin təmin edilməsinə yönəlib:

“Hazırda vəziyyət nəzarət altındadır”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: