Rusiya ilə məhbus mübadiləsi yalnız bu halda mümkündür – Zelenski

Rusiya ilə məhbus mübadiləsi yalnız bir halda mumkündür.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, “hamının hamıya” prinsipi ilə əsirləri mübadilə etmək daha məqsədəuyğundur.

Zelenski bu prinsiplə məhbusların dəyişdirilməsi məsələsinin İsveçrədə keçiriləcək sülh sammitində müzakirə olunacağını deyib.

“Bəziləri şübhə ilə yanaşır və bunun yalnız müharibə bitdikdən sonra mümkün ola biləcəyini deyirlər. Çünki bu, müharibənin başa çatması üçün şərtlərdən biridir. İnanıram ki, bizim bunu daha əvvəl etmək imkanımız var. Dünya sammiti baş tutanda bu məsələ praktiki olaraq həllini tapacaq”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az