8b4f947370f60cb8e27302efc1074cf1

Rusiya aprel-may aylarında hücumlarını artıracaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini, polkovnik Pavlo Palisa “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya bunu Kurskda döyüşən bölmələrini gücləndirəndən və ehtiyatları artırandan sonra edəcək. Onun fikrincə, Moskva gücünü Pokrovsk istiqamətində cəmləyəcək, həmçinin Kupyansk, Liman, Zaporojyenin və Novopavlovkanın cənubuna doğru irəliləməyə cəhd edəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: