WhatsApp Image 2023 08 17 at 10.21.56

Latviya Seymi tərəfindən təsdiq edilmiş və yenilənmiş milli təhlükəsizlik konsepsiyasında deyilir ki, Rusiyanın Qərb dövlətləri ilə konfrontasiyası gücləndikcə bu ölkənin Latviyada təcavüzkar əməliyyatlar keçirməsi riski də artır.

Son günlər Rusiyanın Baltikyanı ölkələrə artan təzyiqi, habelə hərbi gərginlik riski həyəcan təbillərinin yenidən çalınmasına gətirib çıxarıb. Bəzi ekspertlər Rusiyanın Latviyaya və ya digər hər hansısa bir Baltikyanı ölkəyə müdaxilə riskini real hesab etməsə də, Ukrayna ssenarisini əsas gətirib bu versiyanı təsdiqləyənlər də var.

Maraqlıdır, Rusiyanın Aİ və NATO üzvü Latviyaya hərbi müdaxiləsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynadakı müharibədə üfüqdə sülh görünmür:

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

“Əksinə, müharibə getdikcə genişlənir. Məlumdur ki, savaş artıq Rusiya ərazisinə keçib. Bu, döyüşlərin coğrafiyasının genişlənməsinin ən bariz nümunəsidir. Kreml başa düşür ki, müharibənin sonu yoxdur. Rusiya bundan sonra ciddi irəliləyiş əldə edə bilməz. Həmçinin Ukraynanın imkanları da nə vaxtsa tükənəcək.

Qərb Kiyevi müharibəni uzatmağa sövq edir. Bu isə birbaşa üçüncü dünya müharibəsinə yol açır. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bu günlərdə bildirmişdi ki, müharibəni bitirməyin yolu Rusiya Prezidenti Vladimir Putini qalib gələ bilməyəcəyinə inandırmaqdır. İndi proses məhz buna doğru gedir. Amma Putin qalib gələ bilməyəcəyindən əmin olsa, məğlubiyyətinin qarşısını almaq üçün digər dövlətlərə hücum edə bilər.

Finlandiya, Litva, Latviya, həmçinin Estoniya üçün təhlükə var. Beləliklə, dünyanı daha ciddi fəlakət – Üçüncü Dünya müharibəsi gözləyir. Və bu müharibədə nüvə silahının tətbiqi qaçılmaz ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: