WhatsApp Image 2023 08 17 at 10.21.56

“ABŞ Rusiya ərazisində tammiqyaslı bioloji müharibəyə hazırlaşır və bu məqsədlə koronavirusdan daha təhlükəli, ölümcül virus hazırlanır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə hərbi eskpert, BMT-nin kimyəvi və bioloji silahlar komissiyasının keçmiş üzvü İqor Nikulin çıxış edib.

Onun sözlərinə görə, söhbət hantaviruslar, ebola və ya Marburq kimi xəstəliklərdən gedə bilər.

“Düşünürəm ki, növbəti pandemiya COVİD-dən daha dəhşətli olacaq. Bütün bu xəstəliklər üzərində Ukraynada çalışırlar. Bunlar Rusiya hərbçilərinin tapdıqları sənədlərdən də görünür”, – İ.Nikulin vurğulayıb.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: