Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu bufer zonasının yaradılması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsünə “Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu bufer zonası yaratmaq məqsədi daşıyırmı?” sualı ünvanlanıb. Peskov suala cavabında bildirib:
“Əgər hərbi əməliyyatların detalları barədə danışırıqsa, bu suallar Müdafiə Nazirliyinə ünvanlanmalıdır. Lakin onu deyə bilərəm ki, bu hücum Ukraynada Rusiya sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri olan bufer zonasının yaradılmasına xidmət edir”.
Qeyd edək ki, iyunun 8-də Rusiya ordusunun Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhədinə çatdığı və artıq Dnepropetrovsk vilayəti ərazisinə daxil olduğu bildirilir.