Moskva Kiyevin Qara dənizdəki təxribatlarına cavab vermək üçün bütün zəruri imkanlara sahibdir və bunun üçün dəhşətli cavab tədbirləri görəcək.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik bildirib.
Belikin sözlərinə görə, Kiyev və onun Qərb havadarları Qara dəniz regionunda narahatlıq yaradır. Ukraynanın bu ərazidə genişmiqyaslı əməliyyat keçirmək niyyətləri gizlədilmir.
Deputat vurğulayıb ki, Rusiya “düşmənin yarmaq cəhdlərinə” qarşı lazımi cavabı verə biləcək potensiala malikdir.
Xatırladaq ki, hərbi müşahidəçilər və bəzi təqaüdçü zabitlər Ukrayna qüvvələrinin bir neçə istiqamətdə – o cümlədən Zaporojye–Xerson və Çerniqov–Sumı zolaqlarında cəmləşməsi barədə məlumat yayıblar.
Tahir Turan
Globalinfo.az