Rusiyanın Cənubi Qafqazdan uzaqlaşmamasının səbəbi

“Rusiya Cənubi Qafqazda baş verən hadisələrə biganə qala bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin Azərbaycan və Ermənistana balanslaşdırılmış sülh müqaviləsi lazım olduğunu bildirib:

“Rusiya tarixən Qafqaz dövlətlərindən biri olub. Həmçinin regionda və dünyada yeganə dövlətdir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətləri var. Cənubi Qafqazın taleyi buranı ortaq evi olaraq görənlər tərəfindən həll edilməlidir. Kənardan heç kim Zaqafqaziyada davamlı sülh və sabitliyə yol açmayacaq. Qərbin “möcüzəvi yardımına” güvənmək təhlükəlidir”.

Əliyar Xəlil
Globalinfo.az