Türkiyə Ticarət Nazirliyi gömrük sistemi olan BİLGE-yə Ermənistanın rəsmi ölkə kodu olan “077”-ni əlavə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Məlumata görə, yenilikdən sonra Ermənistanla üçüncü ölkələr üzərindən həyata keçirilən idxal, ixrac və tranzit əməliyyatlarının gömrük bəyannamələrində Ermənistanın rəsmi ölkə kodundan istifadə mümkün olacaq.
Bununla yanaşı, üçüncü dövlətlər vasitəsilə daşınan yüklər üçün mənşə və ya son təyinat ölkəsi kimi “Ermənistan-Türkiyə” qeydinin göstərilməsinə də imkan yaradılıb.
Nəşrin yazdığına görə, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 335–350 milyon ABŞ dolları təşkil edir. Tərəflərin qısamüddətli hədəfi isə bu göstəricini 1 milyard dollara çatdırmaqdır.
Əliyar Xəlil