Rus ordusu ilə bağlı mif dağıldı: Putin nəyi gizlədir?

“Ukraynanın Kurskda başlatdığı əməliyyatın yaxın zamanlarda biməsi inandırıcı görünmür. Rusiyanın çoxsaylı əks-hücumları hələ də effektini vermir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Atlantic Council”in məlumatında qeyd olunur.

Məqalədə bildirilir ki, çoxları Rusiyanı məğlubedilməz, sərhədsiz insan və texnika ehtiyatına sahib ordusu olan ölkə kimi tanıyırdılar:

“İndi aydın olur ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək cəhdi bu ordunun həddən artıq yükləndiyini və ölkəni müdafiə etmək gücündə olmadığını göstərdi. Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə ümid edirdi ki, Rusiya ərazisində əməliyyatlarla Putinə təzyiq göstərə və onun ordularını geri çəkməsinə imkan yarada bilər. Lakin bu, baş vermədi. Nəticədə Rusiyanın Kurskda çətinliyi Moskvanın artıq çoxlu sayda insan resursu çatışmazlığı yaşadığını göstərmiş oldu. Məlumata görə, orduya çəlb edilən könüllülərin çoxu zəif, sağlamlığı möhkəm olmayan adamlardır. Onların orta yaş göstəricisi isə artıq 40-dan 50-yə qalxıb”.

Beyin mərkəzi Putinin ordunun çatışmazlıqları barədə yaxşı təsəvvür olduğunu bildirib:

“Üçüncü Dünya müharibəsi ilə hədələmədən və ölkəni xarici işğalçıya qarşı birləşməyə çağırmadan Putin sadəcə Ukraynanın Kurskdakı əməliyyatının əhəmiyyətini kiçiltməyə çalışdı. Ən təəccüblüsü isə bunun II Dünya Müharibəsindən sonra Rusiyanın ilk xarici işğalı olduğunu da demədi”.

Əliyar Xəlil
Globalinfo.az