Azərbaycanda dəhşətli qəza: ölənlər var

Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.

Globalinfo.az xəbər verir ki, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxaraq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – 2001-ci il təvəllüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.