“Biz yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını gözləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə prezident Donald Trampın iştirakı ilə keçirilən birgə iclasda deyib.
“Biz gözləyirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunacaq”, – deyə Rubio vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az