Ərdoğan ABŞ-da – NATO sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçıları sammitində iştirak etmək üçün ABŞ-nin paytaxtı Vaşinqtona gedib.

Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, sammitin mühüm gündəm bəndlərindən biri də Ukraynaya dəstək olacaq.

Liderlər sammitdə keçirəcəkləri görüşlərdən sonra ABŞ Prezidenti Co Bayden və həyat yoldaşının verəcəyi ziyafətə qatılacaqlar.

Bundan əlavə, Ərdoğanın Qəzzadakı qırğınları NATO-nun gündəminə gətirəcəyi də gözlənilir.

Xatırladaq ki, Vaşinqtonda bu il Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümünə təsadüf edən NATO sammiti başlayıb. Tədbirdə alyansın 32 üzvü ilə yanaşı, Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edir.