Qırğızıstandan Azərbaycana dəstək

“Qarabağda baş vermiş hadisələrlə əlaqədar Qırğızıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN-in yaydığı bəyanatda bildirilir.

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”, – sənəddə qeyd olunur.