Qəzada həlak olan hərbçimiz dəfn edildi – YENİLƏNİB

 

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Həsənov Elgün Elşad oğlu Bakıda dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, Binə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***11:08

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

Globalinfo.az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.