Qətər millisinin baş məşqçisi: “Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi”

“Rəqibi təbrik edirəm. Mundiala pis başladıq. Əsəb və məsuliyyət bizimlə amansız zarafat etdi”.

Globalinfo.az Report-a istinadən bildirir ki, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes Bas Ekvadora 0:2 hesabı ilə uduzduqları dünya çempionatının açılış oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis pis oynadıqlarını bildirib: “Ardıcıl dörd ötürmə verə bilmirdik. Bəlkə də çox fikirləşirdik. İstədiyimiz səviyyəyə çatmaq mümkün olmadı. Qarşıda ən azı daha 2 oyunumuz var. Əminəm ki, daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, ev sahibləri A qrupundakı ikinci oyununu Seneqala qarşı keçirəcək.