Qərbdən Paşinyana xəbərdarlıq: Bakıya güzəştə get, əks halda…

Martın 24-də İrəvandakı Nor-Nork polis idarəsinə edilən hücum Qərbin Baş nazir Nikol Paşinyana xəbərdarlığı idi. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Qeyd olunur ki, Ermənistan hökuməti polis bölməsinə hücumun arxasında xarici izlər müəyyən edib. Hücumu törədən şəxslərin Qərbə bağlı birlikdən əmr aldığı deyilir.

Qərb bununla Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalaması və bu istiqamətdə bütün güzəştlərə getməsi üçün təzyiq göstərir. Çünki bununla rusların Ermənistandan qovulmasını sürətləndirəcəyini düşünür.

Nəşr yazır ki, Nor-Norka edilən hücum açıq xəbərdarlıq idi. Qərb Paşinyana deyir ki, ya onların tələblərini yerinə yetirəcək, ya da onu başqası ilə əvəzləyəcəklər. Yəni Paşinyan Qərbin maraqlarına cavab verməsə, Ermənistanda tələbləri yerinə yetirəcək daha radikal hökumətin qurulmasına çalışılacaq.

Ayşən Mustafa
Globalinfo.az