ukrayna 1

Ukrayna prezidenti Volodimir Zelenski milli yaddaş sahəsini tənzimləyən qanunu imzalayıb. O, “Raşizm” terminini hibrid totalitar ideologiya kimi müəyyən edir.

Globalinfo.az bildirir ki, bu barədə RBC-Ukrayna 13273 saylı qanun layihəsinə istinadən xəbər verir.

Qanuna görə, Raşizm Rusiya faşist totalitar rejiminin əsasında duran, şovinizmin və imperializmin ənənələrinə, kommunist və milli sosialist (nasist) totalitar quruluşlarının təcrübələrinə əsaslanan totalitar ideologiya növüdür.

İzahat notunda qeyd olunduğu kimi, Rusiya Ukraynaya qarşı təcavüzü başlayandan tarixi faktlarla fəal şəkildə manipulyasiya edir. Kreml Ukrayna tarixini təhrif etməyə, “ümumi irs” tezisini irəli sürməyə və kvazitarixi povestlərlə müharibəyə haqq qazandırmağa çalışır.

Qəbul edilən qanun anti-Ukrayna təbliğatına qarşı mübarizə və cəmiyyəti keçmişin ümumi anlayışı ətrafında birləşdirən alətə çevrilməlidir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: