Paşinyan tarixi qərar ərəfəsində – Qərb elan etdi

Biz Ermənistanın Rusiya və Belarusla birgə Gömrük İttifaqının üzvü olmasına göz yuma bilmərik.

Globalinfo.az xəbər verir ki, bunu avroparlamentari Marina Kalyurand deyib.

“Biz həmçinin Ermənistanın Rusiyanın müdafiə təşkilatı olan KTMT-nin üzvü olmasını görməzdən gələ bilmərik. Ona görə də sizin hökumət, xalq qərar verməlidir ki, AB ilə hansı səviyyədə əməkdaşlıq istəyir”, – o bildirib.

Avroparlamentari tezliklə erməni xalqının Gürcüstan xalqı kimi seçimini edərək, AB-ni seçəcəyinə və hakimiyyətə bu məsələdə təzyiq edəcəyinə ümid etdiyini söyləyib.

O, məhz Rusiyanın Ermənistan üçün ekzistensial təhdid olduğunu deyib:

“Mən situasiyanın çətin olduğunu başa düşürəm. Eləcə də anlayıram ki, yaranan şəraitdə ermənilər Rusiyaya, rus sülhməramlılarına güvənirlər. Mən bu yanaşma ilə razılaşmasam da, onu başa düşürəm. Lakin indi həqiqət anı yetişir. Rusiya dövləti Qarabağda müharibə başlayanda və sizin baş nazir ondan yardım istəyəndə uğursuzluğa düçar oldu”.

İlkin Həsənov
Globalinfo.az