Moskvaya Qələbə Günü münasibətilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan lideri Şavkat Mirziyoyev də səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Qeyd olunub ki, onların gəlişi əvvəllər elan olunmasa da, artıq səfər dəqiqləşib.
“Böyük məmnuniyyətlə sizə bildirmək istəyirəm ki, Moskvaya bayram tədbirlərində iştirak etmək üçün bizə yaxın olan iki dövlətin rəhbərləri də gələcəklər”, – deyə Uşakov bildirib.
Rusiya prezidentinin köməkçisi qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin onlarla dostluq şəraitində şam yeməyində görüşəcək. Görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko də iştirak edəcək. Bundan əlavə, Putinin ikitərəfli görüşlər keçirəcəyi də bildirilib.
Qələbə Günü münasibətilə Moskvaya həmçinin Laos prezidenti, Malayziyanın ali hökmdarı Sultan İbrahim və Slovakiyanın baş naziri Robert Fitso də səfər edəcəklər.
Əliyar Xəlil