Bosnik: “NATO-nun strateji əhəmiyyətli silahları məhv edilir”

“Rusiya Silahlı Qüvvələri Ukraynada NATO-nun ən yeni silahlarını məhv edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Draqo Bosnik məlumat yayıb.

Ekspert bildirib ki, ötən il Ukrayna Silahlı Qüvvələrinin (AFU) geniş şəkildə elan edilmiş əks-hücum əməliyyatı zamanı Qərbin yüzlərlə ən yaxşı zirehli texnikası, artilleriya, hava hücumundan müdafiə sistemləri və digər silahları məhv edilib.

“Rusiyanın son hərbi əməliyyatları nəticəsində Qərbin və Kiyev rejiminin məhv edilmiş texniklarının sonu yoxdur. Ukrayna Silahlı Qüvvələri “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri kimi strateji əhəmiyyətli silahları sürətlə itirir.”, – Bosnik deyib.

Safura Bənnayeva
Globalinfo.az