“Qazaxlı Alik” həbsdəki oğlundan danışdı

Özünü Milli Fədailər Hərəkatının sədri kimi təqdim edən Fuad Muradov 3oktyabr 2023-c il tarixindən hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az F.Muradovun hazırkı vəziyyəti və istintaqın gedişi ilə maraqlanmaq üçün onun atası “Qazaxlı Alik” kimi tanınan Alik Muradovla əlaqə saxlayıb.

Alik Muradov və Fuad Muradov

O, hələ ki, dəqiq məlumatın olmadığını bildirib:

“Oğlum artıq 3 aydır ki, Kürdəxanıdakı istintaq təcridxanadadır. Hər şey 1 ay sonra dəqiq bilinəcək. Hazırda istintaq aparılır. Onların işinə mane olmuram. Günahı varsa, cəzasını da alacaq. Məhkəmə qərarı olmadan bir söz deyə bilmərəm”.

Zaira Akifqızı
Globalinfo.az