Erməni istehkamçı Qazaxın kəndində minaya düşdü

Ermənistanın Kirants (Xeyrimli) kəndində minaxtaran minaya düşüb.

Globalinfo.az bildirir ki, hadisə səhər saatlarında baş verib.

Məlumatda bildirilib ki, nəticədə onun ayağı amputasiya edilib.

Hadisə Azərbaycanla sərhəddəki ərazidə minatəmizləmə işləri zamanı baş verib.

Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.