Qayınata aeroportda kürəkənini baltaladı

Bakının Xəzər rayonunda gənc oğlan balta xəsarətləri alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, beynəlxalq hava limanının parklama yerində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət alıb. Qayınatası ona bir neçə balta zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.