Qardaşım İlham Heydəroviç bilməlidir ki… – Lukaşenko

“Belarus və Azərbaycan dostluğu üçüncü ölkələrə qarşı deyil, iki dövlətin xalqlarının maraqları naminə öz işlərini görürlər”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə səfərdə olan Azərbaycan Baş naziri Əli Əsədovla görüşündə deyib.

“Beynəlxalq aləmdə, münasibətlərimizdə, Belarus və Azərbaycanda müxtəlif eniş-yoxuşlara baxmayaraq, siz və mənim çox yaxın dostum və qardaşım İlham Heydəroviç bilməlisiniz ki, Belarus və Azərbaycan arasındakı münasibətlərdə qapalı mövzular yoxdur. Eyni zamanda, biz heç bir beynəlxalq hüquq normasını pozmuruq, üçüncü ölkələrə qarşı dost deyilik, öz işimizi xalqlarımız üçün görürük”, – Lukaşenko bildirib.