
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.
Bir neçə gün öncə Rusiyanın “Baza” media layihəsinin baş redaktoru Qleb Trifonovun həbs edilməsinin də AZAL təyyarəsinin pilotlarının danışıqlarına dair stenoqramların yayılması ilə bağlı olduğu bildirilir. Məlumata görə, o, məhdud girişli məlumatlara çıxış əldə edərək yaymaqda ittiham olunur.
Qeyd edilir ki, sözügedən stenoqramların ictimaiyyətə təqdim olunması həm istintaqın gedişinə, həm də ictimai rəyə təsir edə biləcək əhəmiyyətli bir faktor idi. Müşahidəçilər bu hadisəni təsadüfi deyil, daha geniş siyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirirlər.
Məsələ ondadır ki, Azərbaycan tərəfi təyyarənin vurulmasından sonra Rusiya qarşısında ardıcıl və prinsipial şərtlər irəli sürmüş, məsul şəxslərin cəzalandırılmasını açıq şəkildə tələb etmişdi.
Beləliklə, Rusiya artıq Azərbaycanın mövqeyinə uyğun hərəkət etməyə başlayıb? Bu, Moskvanın Bakı ilə gərginliyi azaltmaq cəhdləri kimi qiymətləndirilə bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan son dərəcə ciddi və həssas xarakter daşıyır.
Ətraflı videoda:
Safura Bənnayeva
Globalinfo.az