Qarabağla bağlı “yeni gəlişmə” – Abramyan sevindi

Ermənistana qaçmış qondarma rejimin parlamenti İrəvan hökumətinin “məcburi köçkünlərə” dəstək proqramlarını yetərsiz hesab etmələri barədə “bəyanat” yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan yazıb.

Qarabağla bağlı daim maksimalist mövqe sərgiləyən Abramyan oyuncaq “parlament nümayəndələrinin” “bəyanat”ından ürəklənib.

O, sözügedən “bəyanatı” separatçıların aktivləşməsi kimi qələmə verib.

“Artsax”dan rəsmi mövqe və qiymətləndirmənin səsləndirilməsi vacibdir”, – o bildirib.

Qeyd edək ki, Ermənistanda hansısa separatçı rejimin fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir və İrəvan bununla sülh prosesinə zərbə vurur.

Safura Bənnayeva
Globalinfo.az