Nazir qeyd edib ki, əməkdaşlıq keçmişdə də olub və gələcəkdə də davam edəcək. O əlavə edib ki, Rusiya İrana müxtəlif sahələrdə kömək edir.
NBC jurnalisti Rusiyanın İrana Yaxın Şərqdə ABŞ hərbi obyektlərinin yerini müəyyən etməkdə kömək edib-etmədiyini soruşub, lakin Əraqçi sualdan yayınıb.
Qeyd olunur ki, bir neçə gün əvvəl Əraqçi həmçinin Rusiyanın və Çinin İrana siyasi və digər sahələrdə dəstək verdiyini bildirmişdi.