Simonyan

“İndi etiraz edən müxalifət iqtidarda olanda Qarabağı Ermənistan ərazisi kimi tanımamışdı. Bu isə onun Azərbaycan torpağı olduğunu qəbul etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, Qarabağ heç vaxt rəsmi şəkildə Emrənistan ərazisi olmayıb:

“Müxalifət iqtidarda ikən inzibati ərazi bölgüsü haqqında qanun müzakirə ediləndə Qarabağı niyə düşünmürdü? Ümumiyyətlə, ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu, faktdır. Qarabağda keçirilən əməliyyatlarla Ermənistan ərazisinə hücum ayrı-ayrı anlayışlardır”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: