Qafqazda Rusiya dönəmi bitir: AB kritik tarixi rəsmən açıqladı

 

Avropa Birliyi gələn həftə Ermənistana 100 nəfərlik mülki missiya göndərməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen paylaşıb.

“AB gələn həftə sülh və stabilliyə yardım edəcək 100 nəfərlik missiya göndərəcək. Biz demokratik reformlar vasitəsilə əldə edilən inkişafı alqışlayırıq və bizim iqtisadi investisiyalar sayəsində bu potensialı daha da inkişaf etdirəcəyik” – deyə o bildirib.

Leyen həmçinin Avropa Birliyinin Ermənistanın sadiq tərəfdaşı olduğunu söyləyib.

Qeyd edək ki, Rusiya Avropa Birliyinin Ermənistana mülkü missiya göndərməsinə qarşı çıxıb. Rusiya bu qərarın Cənubi Qafqazda gözlənilməz proseslərə gətirib çıxaracağını bildirib. Bununla bərabər Moskva İrəvana KTMT missiyasını təklif etsə də Ermənistan spiker Alen Simonyanın simasında bundan imtina edib və KTMT-nin təcili qərar qəbul etmək potensialına inanmadığını bildirib. Paşinyan isə öz növbəsində Ermənistanın mülki missiyanı Brüsselə İrəvanla Moskvanın birləşərək, Azərbaycana hücum etmək istəmədiyini sübut etmək üçün dəvət etdiyini açıqlayıb. Buna cavab olaraq bir neçə gün öncə Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşən Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Avropanı seçəcəyi təqdirdə Ermənistanın yox ola biləcəyi ilə bağlı İrəvana xəbərdarlıq edib.

İlkin Həsənov
Globalinfo.az