“Mən lazımi vaxtda Azərbaycana getməyə hazıram. Hətta Azərbaycan parlamentinin sədrini Ermənistana dəvət etməyi düşünürəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan bildirib ki, Azərbaycanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin (APC) sammitində iştirakdan imtina etməsi Ermənistana bağlı olan səbəblərə görə deyil:
“Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova son görüşümüzdə mənə dedi ki, ölkəsinin Prezidentinin adından bu qərarın ermənilərə görə verilmədiyini xalqa çatdırım.
Biz iki ölkənin parlament nümayəndələrinin qraşılıqlı səfərlərinə də razılaşmışıq. Mən Qafarovanı ölkəmizə dəvət etməyi düşünürəm”.
Əliyar Xəlil
Globalinfo.az