Putin G20 sammitinə buna görə getməyəcək

Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməmək qərarı onun iş qrafiki və Rusiyada olma zərurəti ilə bağlıdır.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, dövlət başçısının onun Rusiya Federasiyasında olmasının zəruriliyi ilə bağlı qərarı idi”, – deyə Peskov jurnalistlərin Rusiya liderinin G20 sammitində iştirak etməmə səsəbi barədə sualını cavablandırıb.

Hazırda Rusiya liderinin sammitə onlayn formatda qatılmasının mümkünlüyü nəzərdən keçirilir.

G20 sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək. Daha əvvəl xarici işlər naziri Sergey Lavrovun sammitdə Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirilmişdi.