putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüş üçün Alyaskaya getmədən əvvəl yolüstü Maqadan şəhərində dayanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putinin işgüzar səfəri çərçivəsində “Omega-C” balıq yağı emalı zavoduna baş çəkəcəyi, prezident idman kompleksinə və “Mayak Park” mədəni-ictimai mərkəzinə baxış keçirəcəyi bildirilir.

Onun bundan sonra Alyaskaya yola düşəcəyi deyilir.

Maraqlıdır ki, Kreml avqustun 15-i Moskva saatı ilə 22:30-da baş tutacaq görüşə günlərdir ciddi hazırlıqlar görür. Hətta xarici işlər naziri Sergey Lavrov və prezidenti müşayiət edəcək bir neçə nümayəndə artıq Alyaskaya çatıb. Lakin Vladimir Putinin Maqadan qərarının dəqiq səbəbi məlum deyil.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: