Putin mənim əsas müəllimimdir – Peskov

“Vladimir Putin mənim əsas müəllimimdir, işlədiyim illər ərzində ondan çox şey öyrənmişəm”.

Globalinfo.az xəbər verir ki, bunu Kreml sözçüsü Dimitri Peskov deyib.

“Bu həyatda bəxtim gətirib ki, əslində mənə müəllim olan bir insanla 20 ildir yaxınam. Mən Putini nəzərdə tuturam. Onun apardığı danışıqlar, öz mövqeyini müdafiə etməsi, həmsöhbətini inandırma şəkli mənim üçün əvəzolunmaz təcrübədir. Həqiqətən ondan çox şey öyrəndim”-deyə, Peskov bildirib.

Əliyar Xəlil
Globalinfo.az