“Putin həmin an buna məcbur olacaq” – Zelenski

Ukrayna Silahlı Qüvvələrı Krıma çatan zaman Vladimir Putin danışıqlar aparılmasını istəyəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibəsində deyib.

“Tamamilə aydın, məntiqli ritorikadır ki, Ukrayna müvəqqəti olaraq işğal olunmuş Krımla inzibati sərhədə çatan kimi, çox güman ki, Putin genişmiqyaslı işğaldan əvvəlkindən fərqli olaraq sivil dünya ilə dialoqa getməyə məcbur olacaq”, – Zelenski bildirib.

O, Ukraynanın heç bir ərazisini güzəştə getməyəcəyini vurğulayıb.