***

Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.

O, bazarda ticarətlə məşğul olurmuş.

“Report”un məlumatna görə, hücumlar zamanı 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərov da həlak olub..

Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.

Paylaş: