Rusiya Prezidenti Vladimir Putinin yaxın dəqiqələrdə Kremldə təcili iclas keçirəcəyi haqda iddia yayılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, onun kortejinin Moskvada gecə 22:45-də (Bakı vaxtı ilə 23:45) hərəkətinin səbəbi budur.
Təcili iclasın mövzusu barədə bilgi yoxdur.
Qeyd edək ki, gecə saatlarında İsrail ordusunun Livanın cənubunda məhdud quru əməliyyatına başladığını ABŞ təsdiqləyib.