Pulu batdı, İlon Maskı məhkəməyə verdi

İllər əvvəl kosmosa uçmaq üçün bir şirkətlə müqavilə bağlayan Ahu Aysal İlon Maskı məhkəməyə verib.

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sözügedən şirkəti Maskın alması olub. O, bildirib ki, şirkət satıldıqdan sonra həm pulu batıb, həm də xəyalları puş olub.

Türkiyədə tanınan cəmiyyət həyatının məşhur simalarından olan Ahu alış-veriş mərkəzində kameralara tuş gəlib. Jurnalistlərin suallarını cavablandıran Aysal “Şirkət İlon Maska satılıb. Onun firmasını məhkəməyə vermişəm. 100 min dollarım batıb. Kosmosa uçmaqla bağlı dərslərə də qatılmışdım. Məhkəmə davam edir. Ya pulumu geri ödəyəcəklər, ya da kosmosa uçacağam” sözlərini deyib.