Proses başladı: Rusiya parçalanır, bu dövlətlər yaranır – ŞOK

Ukraynada savaşın başlanmasından təxminən bir il keçsə də, jurnalistlər, analitiklər və siyasətçilər arasında Rusiyanın müharibədə məğlubiyyətinin nəticələri, xüsusilə onun süqutu barədə diskussiyalar yox səviyyəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu Nyu Yorkdakı Rutgers Universitetinin professoru Aleksandr Motıl “Forin Polisi” jurnalındakı məqaləsində yazıb.

“Rusiyada nə baş verəcəyi ilə bağlı fərqli ssenarilər mövcuddur. Onun Ukraynadakı məğlubiyyəti bunları daha aydın edəcək. Böyük ehtimalla bu, Rusiya Prezidenti Vladimir Putinin vəzifəsindən gedişi ilə nəticələnəcək ki, ondan da sonra hərbi səylərini davam etdirib, mövcud siyasi iyerarxiyanı məhv etmək istəyən ifrat sağ millətçilərlə sistemin saxlanmasında və müharibənin bitməsinə, eləcə də Rusiyada reformların keçirilməsinə yönələn yarıdemokratik hərəkatın yaranmasında maraqlı olan avtoritar konservatorlar arasında sərt mübarizə başlayacaq. Biz kimin qalib gələcəyini deyə bilmərik, amma əminliklə vurğulaya bilərik ki, hakimiyyət uğrunda mübarizə rejimi zəiflədəcək və Rusiyanı hərbi potensialından məhrum edəcək”, – o bildirib.

Motıla görə, zəifləmiş rejimi pis iqtisadiyyat müşayiət edə bilər ki, bu da rusiyalıları küçələrə, hətta əllərinə silah almağa məcbur edə bilər. O, Rusiyanın bəzi subyektlərinin daha çox azadlığa can atacaqlarını söyləyib:

“Əsas namizədlər Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və Saxadır. Əgər Rusiya bu sarsılmanın öhdəsindən gəlsə, böyük ehtimalla Çinin dövlət müştərisi olacaq. Əks təqdirdə Avrasiya xəritəsi tamam başqa cür görünəcək”.

Professor Rusiyanın süqutunun SSRİ-nin dağılma yolu ilə gedəcəyi təqdirdə bunun Rusiya elitasının iradəsi və Qərbin siyasəti ilə heç bir yaxınlığı olmayacağını qeyd edib. Bununla belə o, Rusiyanın süqutunun dinc yolla və ya sərt formada baş tutacağını söyləməyin çətin olduğunu yazıb:

“Nikbin və ya bədbin olmağınızdan asılı olmayaraq, biz Rusiyanın mümkün süqut dramının genişlənməsini müşahidə edə bilərik. Mütləq mümkün süquta hazırlaşmaq lazımdır”.

Aqşin
Globalinfo.az