Tramp 2

ABŞ Prezidenti Donald Tramp İranın hərbi baxımdan faktiki məğlubiyyətə uğradığını və Vaşinqtonun qələbə qazandığını bildirib. Bununla belə, ABŞ-ın münaqişə ilə bağlı hərbi xərcləri 50 milyard dollara yaxınlaşır.

Globalinfo.az bildirir ki, ABŞ Konqresinin Büdcə İdarəsi müharibənin oktyabrın 16-dək olan ümumi dəyərini 47,1 milyard dollar hesablayıb.

Döyüşlərin intensivliyi azalsa da, ABŞ hərbi qüvvələri regionda qalır və İranın dəniz blokadası davam edir.

Bundan başqa, İranın zərbələri nəticəsində zədələnən ABŞ hərbi obyektlərinin bərpasına çəkilən xərclərin 65 milyard dolları ötəcəyi bildirilir.

Tramp administrasiyası müharibə xərclərinin qarşılanması və silah tədarükü üçün əlavə 70 milyard dollara qədər vəsait tələb edir. ABŞ rəsmiləri isə münaqişənin yenidən alovlanacağı təqdirdə hərbi xərclərin daha da artacağını istisna etmirlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: