zelenskij sviter

Rusiya Təhlükəsizlik Şurasının qapalı iclasında Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Silahlı Qüvvələrin Baş Qərargah rəhbərliyinə qarşı zərbələr endirilməsinə qoyulan qeyri-rəsmi qadağanın ləğvi barədə qərar verildiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “MK” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qərara səbəb Leninqrad vilayətinə, o cümlədən Ust-Luqa limanına davam edən dron hücumları olub. İclas iştirakçılarının passiv müdafiə strategiyasını səmərəsiz hesab etdiyi bildirilir.

Nəşrin iddiasına görə, Rusiya güc strukturları bundan sonra Ukraynanın qərar qəbul edən şəxslərinə qarşı nöqtəvi zərbələr endirilməsini təklif kimi irəli sürüblər. Mümkün vasitələr arasında hipersəs silahları, FAB-3000 aviasiya bombaları və “İskəndər” raketləri göstərilib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının belə bir qərar qəbul etməsi və mümkün hərbi planlarla bağlı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: