68102a64 6cc5 3762 8baf 3dbca1a8fbab 1200

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır.

2028-ci ildə isə kartof istehsalının 967 min ton olacağı nəzərdə tutulur ki, bu da 2027-ci illə müqayisədə 2 % çoxdur.

Eyni zamanda, 2029-cu ildə isə kartof istehsalının 996,8 min ton, 2030-cu ildə isə 1 milyon 33,2 min ton olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2026-cı il proqnozlarına əsasən, ölkədə kartof istehsalının isə 1 milyon 153 min ton olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %, bitkiçilik məhsullarının istehsalı isə 1,2 % çoxalıb. Məhsulun 50,2 %-i bitkiçiliyin, 49,8 %-i heyvandarlığın payına düşüb.

Paylaş: