Prezidentliyə namizəd güllələndi – Anbaan video

Ekvadorun paytaxtı Kitoda ölkə prezidentliyinə namizəd Fernando Vilyavisensio seçkiqabağı mitinq zamanı güllələnib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ekvadorun “El Universo” qəzeti məlumat yayıb.

Məlumatı onun dostu, seçki kampaniyasının məsləhətçisi Karlos Figeroa da təsdiqləyib. Onun sözlərinə görə, Vilyavisensio başına açılan 3 atəş nəticəsində öldürülüb.