Özbəkistanın ən yaşlı İkinci Dünya müharibəsi veteranı Ruziboy Baba Satorov 116 yaşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, R.B.Satorov Qaşqadərya vilayətində anadan olub. O, Stalinqrad cəbhəsində tüfəngçi kimi xidmət edib.
2025-ci ildə Özbəkistan Müdafiə Nazirliyi ölkə prezidentin tapşırığı ilə veteranın hərbi təyyarədə sərnişin kimi uçmaq arzusunu gerçəkləşdirmişdi.
Əliyar Xəlil
Globalinfo.az