Prezident və xanımı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərdi – FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, əklil mərhum yazıçının məzarı üstünə qoyulub.

Qeyd edək ki, M.Süleymanlı fevralın 21-də vəfat edib. Xalq yazıçısı bu gün Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.