Paytaxtın Xətai rayonunda, Əhmədli qəsəbəsində restoranda baş verən kütləvi dava nəticəsində bir nəfər ölüb (Ceyhun Mirağayev), bir neçə nəfər yaralanıb. Dava “Ab Hava” (Ab Hava Green Tone Restoran) restoranında baş verib.
Globalinfo.Az Axar.az-a istinadən xəbər verir ki, Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 143 (Neapol dairəsi yaxınlığında) yerləşən bu ailəvin restoranın kimə məxsus olması müzakirə yaradıb.
İqtisadçı-jurnalist, “P-S Media” şirkətinin rəhbəri Odər Qəni hazırda həmin restoranla heç bir əlaqəsi olmadığını bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, restoranı 2 il əvvəl satıb. O.Qəni əlavə informasiya verməyib, sadəcə, adının restoran sahibi kimi hallanmasına etiraz edib.
Xatırladaq ki, dava zamanı qətl törədib qaçanları DTX yaxalayıb.