Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərinə dronla hücumu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Globalinfo.Az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Hücum nəticəsində çoxmərtəbəli binanın dördüncü mərtəbəsində yanğın başlayıb, mağaza və avtomobillər zərər görüb. Yaralananlar arasında 11 yaşlı qız da var. 50 yaşlı qadın və 70 yaşlı kişinin vəziyyəti ağırdır.
Bundan başqa, Rusiya ordusu Xarkov şəhərinin Sənaye və Osnovyanski rayonlarına pilotsuz uçuş aparatları ilə hücum edib. Osnovyanski rayonundakı ticarət mərkəzinə iki zərbə endirilib və yanğın baş verib. Hadisə zamanı ticarət mərkəzinin ziyarətçiləri və əməkdaşları təxliyə edilib. İlkin məlumata görə, Xarkovda bir nəfər də yaralanıb.