Qaluzin Polad Bülbüloğlu ilə Qarabağdan danışdı

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin cümə axşamı Azərbaycan səfiri Polad Bülbüloğlu və Ermənistanın səfiri Vaqarşak Arutyunyanla görüşlərində Qarabağ ətrafında, o cümlədən Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə görüşlərin yekunu üzrə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilib.

Həmçinin Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair sazişlərin bütün kompleksinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.