Ronaldo leao 1

Portuqaliya millisinin ulduzu Rafael Leao 2026-cı il dünya çempionatının ilk oyunlarını buraxa bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “GOAL” nəşri məlumat yayıb.

Bildirilib ki, ötən gün futbolçunun Çili yığmasına qarşı keçirilən yoxlama matçında rəqibin üzünə zərbə endirməsi onun ağır cəza almasına səbəb ola bilər.

Belə bir qərar veriləcəyi təqdirdə, Leao dünya çempionatının qrup mərhələsindəki ilk oyunları buraxacaq.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-nin qrup mərhələsində Kolumbiya, Özbəkistan və Konqo ilə mübarizə aparacaq.

Globalinfo.az

Paylaş: