“Polşanın Lublin vilayətinə düşən raketin Rusiyaya məxsus X-101 olduğu ehtimal edilir”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin Baş naziri Donald Tusk deyib.
Hadisə iyulun 30-na keçən gecə baş verib. Polşa ordusu saat 03:40-da hava məkanında qərbə doğru hərəkət edən naməlum obyekt aşkarlayıb və onun qarşısını almaq üçün F-16 qırıcısı havaya qaldırılıb.
Daha sonra obyektin Lublin vilayətində, Tarnava-Koloniya kəndi yaxınlığında düşdüyü müəyyən edilib. Hadisə yerində krater və naməlum obyektə aid qalıqlar aşkarlanıb. Ölən və yaralanan olmayıb.
Tusk həmçinin bildirib ki, Polşa hadisə ilə bağlı Avropa ölkələrinin liderləri ilə əlaqə saxlayır:
“Müttəfiqlər Polşaya dəstək verməyə hazır olduqlarını deyiblər”.
Əliyar Xəlil
Globalinfo.az